Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin cari təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Eləcə də bax: Vergi əməkdaşları üçün 1 milyon manatlıq - Geyim Alınacaq – TENDER QALİBİ
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri "S.H. İnşaat Xidməti" və "Upsilon" MMC-lərdir.
Qlib şirkətlərə müvafiq olaraq 2,657 milyon manat və 851 min manat, ümumilikdə isə 3,508 milyon manat ödəniləcək. (Report)