Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı olmaqla ümumilikdə 206 ədəd mənzilin satın alınması ilə əlaqədar açıq tender elan edir.
İnnovasiya və Təchizat Mərkəzi 2 milyon manatlıq tenderin - QALİBİNİ AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iştirak haqqı nəzərdə tutulmur.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 05 oktyabr 2022-ci il saat 15:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 oktyabr 2022-ci il saat 15:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 14 oktyabr 2022-ci il saat 15:00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.