Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
Mərkəzi Bank sığorta şirkəti axtarır - TENDER - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1 851 424 manatlıq tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.
Xatırladaq ki, “Zeytun Pharmaceuticals” bundan əvvəl "İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi"nin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə dərman vasitələri üzrə 1 831 345 manatlıq tenderini qazanıb (20.06.2022).