Ədliyyə Nazirliyi nazirlik və struktur qurumlarının istifadəsi üçün təsərrüfat mallarının satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 27.04.2022-ci il il saat 11:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Tenderlə tibbi yardım üçün ehtiyyat qutusu, arxa əyləc qəliblərinin dəyişdirilməsi, A/C süzgəcinin dəyişdirilməsi, hava süzgəcinin dəyişdirilməsi, elektron diaqnostika, mühərrikin yağı 5W40 və s. alınacaq.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması - sənədin PDF formatında yerləşdirilməsi zəruridir.
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması - sənədin PDF formatında yerləşdirilməsi zəruridir.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Sənədin PDF formatında yerləşdirilməsi zəruridir.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması
Müvafiq icra hakimiyyəti orqanından alınmış sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Rekvizitlər - iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir.
Qeydiyyatdan keçdiyi ölkə - dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Nizamnamə - notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Maliyyə vəziyyəti haqqında bank arayışı - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Çingiz Məmmədov, rəis müavini
Əlaqə: 012 5371152