Ədliyyə Nazirliyi tərəfindən respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən icra və probasiya şöbələri, məhkəmələr və qeydiyyat şöbələri üçün qeyri-yaşayış binalarının icarəsi məqsədilə həyata keçirilən satınalmaların nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nazirlik "Bir mənbə" metodu ilə ümumi dəyəri 609 827 manat olan 27 müqavilə imzalayıb.
İcarəyə götürülən ofislərin siyahısı və qalib fiziki şəxslər aşağıdakı kimidir:
-
Bakı, Xətai rayon icra şöbəsi (M.Hadi küçəsi 63, 598 m²): 72 000 AZN (Vəli Bayroyev).
-
Göyçay RƏİ və rayon icra şöbəsi (H.Əliyev pr.30, 750,1 m²): 69 600 AZN (Azad Muradov).
-
Gəncə Kommersiya Məhkəməsi (Fikrət Əmirov küçəsi 104, 407,4 m²): 60 000 AZN (Bəxtiyar Orucov).
-
Lənkəran rayon icra və probasiya şöbəsi (A.M.Məmmədhüseyn küçəsi 9, 316,3 m²): 48 000 AZN (Xəyal Fəttayev).
-
Abşeron rayon icra və probasiya şöbəsi (Xırdalan ş., H.Əliyev pr. 251A, 584,7 m²): 42 000 AZN (Namiq Ağalarov).
-
Bakı, Suraxanı rayon icra şöbəsi (Əmircan qəs., S.Bəhlulzadə küç. 70C, 255,2 m²): 38 400 AZN (Rəfail Cəfərov).
-
Göygöl Rayon Məhkəməsi (S.Vurğun küç. 45A, 945,1 m²): 36 000 AZN (Sabir Seyidov - 2 müqavilə, hər biri 36 000 manat).
-
Bakı, Binəqədi rayon icra şöbəsi (Azadlıq pr. 179, 340,2 m²): 34 800 AZN (Təranə Mahmudova).
-
Bərdə Regional Ədliyyə İdarəsi (H.Əliyev pr., 255 m²): 31 200 AZN (Ruslan Adıgözəlov).
-
Sabirabad rayon icra və probasiya şöbəsi (H.Əliyev pr. 106A, 271,3 m²): 28 800 AZN (Vasif Əsgərov).
-
Qazax rayon icra və probasiya şöbəsi (S.Arıxov küç. 1, 358 m²): 28 800 AZN (Cəmalə Əhmədova).
-
Şirvan Kommersiya Məhkəməsi (H.Əliyev pr. 1T, 459,2 m²): 21 600 AZN (Elşad Əzimzadə).
-
Qazax rayon icra və probasiya şöbəsi (S.Arıxov küç. 1, 358 m²): 21 000 AZN (Zeynal Əhmədov).
-
Bakı, Xətai rayon icra şöbəsi (M.Hadi küçəsi 63, 598 m²): 18 000 AZN (Vəli Bayroyev).
-
Binəqədi rayon qeydiyyat şöbəsi (S.S.Axundov küç. 36, 111 m²): 15 600 AZN (Leyla Hidayətli).
-
Bərdə rayon icra və probasiya şöbəsi (H.Əliyev pr. 117, 179,65 m²): 14 400 AZN (Bərdə Kənd Tikinti ASC).
-
Yevlax rayon icra və probasiya şöbəsi (Zərdabi küç. 1V, 131,61 m²): 14 400 AZN (Şahin Hüseynov).
-
Ağstafa rayon icra və probasiya şöbəsi (H.Arif küç. 18A, 241,9 m²): 14 400 AZN (Məhbubə Quliyeva).
-
Ağdam Rayon Məhkəməsi (Quzanlı kəndi, 99,8 m²): 12 000 AZN (Murad Məmmədov).
-
Kürdəmir rayon icra və probasiya şöbəsi (H.Əliyev pr., 217,4 m²): 12 000 AZN (Azər Qəribova).
-
Qusar rayon icra və probasiya şöbəsi (H.Əliyev pr. 174A, 170 m²): 12 000 AZN (Nura Fərəməzova).
-
Gədəbəy rayon qeydiyyat şöbəsi (H.Əliyev pr. 3, 75 m²): 9 600 AZN (Gədəbəy Rayon Kooperativ Cəmiyyəti).
-
Sabirabad rayon icra və probasiya şöbəsi (H.Əliyev pr. 106, 271,3 m²): 8 400 AZN (Güləmir Quliyev).
-
Ağcabədi rayon icra və probasiya şöbəsi (Faiq Əlizadə küç. 12, 137,1 m²): 6 600 AZN (Əfqan Quliyev).
-
Cəlilabad rayon qeydiyyat şöbəsi (M.Hüseynzadə küç. 6A, 165 m²): 5 640 AZN (Samiq Nəsirov).
-
Mingəçevir şəhər qeydiyyat şöbəsi (H.Əliyev pr. 298, 460 m²): 1 987 AZN (Mingəçevir Bələdiyyəsi).
-
Ağsu rayon icra və probasiya şöbəsi (Tariel Xasiyev küç. 189.9m² ): 10 080 AZN (Muradov Namik).











