ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu tender elan edir
FED.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu yeni yaradılmış Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün "Arxiv quraşdırma və sənədlərin qeydiyyatı üzrə layihələrin idarə edilməsi”, "Fiziki arxiv üzrə idarəetmə proqram təminatı və Arxiv sistemi üzrə inzibatçı” xidmətlərinin satın alınması üzrə açıq tender keçirir.
Eləcə də bax: Agentlik 150 min manatlıq uniformalar - ALDI
Tenderdə iştirak etmək üçün müraciətin təqdim edilmə və tender sənədlərin alınma müddəti: 19.01.2021-ci il saat 14:00-dək
Tender təklifləri ilə bank təminatı sənədlərini 28.01.2021-ci il saat 16:00-dan gec olmayaraq portal vasitəsi ilə təqdim etməlidirlər