Dövlət Sosial Müdafiə Fondu “Fondun Aparat və struktur bölmələri üçün xidməti minik avtomobillərin satın alınması” tenderinin nəticələrini elan edib.
“Toyota Abşeron Mərkəzi” daha bir quruma avtomobillər satdı – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Toyota Abşeron Mərkəzi” MMC olub.
Qalib şirkətə 421 440 manat ödəniləcək.
Bu qiymətə daxildir hər birindən 1 ədəd olmaqla offroader tipli minik avtomobil və offroader/SUV tipli minik avtomobil və 2 ədəd sedan tipli minik avtomobil. Qeyd edək ki, avtomobillərin buraxılış ili minimum 2023-cü il olmalıdır.