“Arpa Consulting” MMC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tenderin qalibi olub. FED.az xəbər verir ki, bu şirkətlə 06.09.18 tarixində Vahid Xidmət Mərkəzinin yaradılması ilə bağlı məsləhət xidmətləri üçün 500 min məbləğində müqavilə bağlanılıb.
Qeyd edək ki, DSMF 04.09.18-ci il tarixində “Lotus Co” MMC ilə 1 mln 721 min manat məbləğində müqavilə bağlayıb. Müqavilə isə avadanlıqların, invertarların və xüsusi geyimlərin alınması ilə bağlı olub.