“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs “Kapital Bank” ASC və ABB ilə 22 milyon manatlıq müqavilə bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, hər 2 müqavilədə Dövlət Sosial Müdafiə Fondunun Aparatında və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satınalınması nəzərdə tutulur.
“”Kapital Bank” ASC ilə bağlanmış müqavilənin dəyəri 11 025 000 manat və ABB ilə bağlanmış müqavilənin dəyəri isə 11 053 500 manatdır.