Dövlət Vergi Xidmətinin “41 (qırx bir) nəfər vergi orqanları əməkdaşları üçün yumşaq bacarıqların və idarəçilik səriştələrinin inkişaf etdirilməsinə dair təlim xidmətlərinin göstərilməsinin satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv edilmə mətni: "Dövlət satınalmaları haqqında" AR qanunun 11.1 bəndinə əsasən iddiaçıların sayı üçdən az olduğu üçün 16.06.2023-cü il tarixində elan edilmiş açıq tender müsabiqəsinin davamından imtina edilmişdir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.