İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati binasında cari təmir işlərinin yerinə yetirilməsi üçün təkliflər sorğusu elan edib.
Eləcə də bax: Nazirlik tenderin - QALİBİNİ AÇIQLADI
FED.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 3-ü, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 403-87-91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. (Report)