Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi təkliflər sorğusu keçirir.
Eləcə də bax: Daha bir yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə - BAŞLANILIR
FED.az xəbər verir ki, qurum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) üçün əlavə tədris korpusunun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasını satın alır.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 27 avqust 2020-ci il saat 18:00-a kimi qəbul olunur. Təkliflər sorğusu zərflərinin açılışı 28 avqust 2020-ci il saat 15:00-da Bakı şəhəri, Y.Bakuvi küçəsi,18 ünvanında,Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin akt zalında keçiriləcəkdir.
Əlaqələndirici şəxs: Sirac Əliyev, tel.: (012) 465-73-48 (daxili: 110).