Dövlət Sosial Müdafiə Fondu təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Dövlət Sosial Müdafiə Fondunun Aparat və digər struktur bölmələri üçün 2023 və 2024-cü illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın VÖEN-i: 1300050781
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80
Müsabiqənin başlama tarixi və vaxtı: 27.12.2023 18:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.01.2024 17:00
Zərflərin açılış tarixi və vaxtı: 17.01.2024 11:00
Hesab nömrəsi: AZ46CTRE00000000000007018504
Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın VÖEN-i: 1401555071
Swift kodu: CTREAZ22
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənədlər
Rekvizitlər
Sahibkarlıq subyektinin bölgüsü
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə təsdiqedici sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə təsdiqedici sənəd
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd.
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı
Auditor təşkilatın icbari mülkü məsuliyyət sığortası
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasından alınmış müvafiq lisenziya
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Zahir Əliyev, Satınalmaların təşkili və təchizat departamentinin müdiri
Email: [email protected]
Əlaqə telefonu : (012) 434 52 59