Tenderlər

Dövlət şirkəti Türkiyəyə yük daşımaq üçün – AVTOMOBİL AXTARIR

Dövlət şirkəti Türkiyəyə yük daşımaq üçün – AVTOMOBİL AXTARIR | FED.az
11:19 17 Avqust 2019

“Azəralüminium” MMC Gəncədən Türkiyəyə alüminium məmulatlarının daşınması üçün avtomobillər cəlb edir.

FED.az xəbər verir ki, yük maşınları ilə Gəncə sahəsindən İstanbul Türkiyə marşrutu üzrə alüminium rulonlar, külçələr və biletlər daşınacaq. Ümumilikdə 10 500 ton məmulat  447 daşınma ilə çatdırılacaq.

Eləcə də bax: Bu şirkət Nazirliyin elan etdiyi 34 min manatlıq tenderin - QALİBİ OLDU

Asiya tərəfə 407 reys, Avropa tərəfə daşınma üçün isə 40 reys ediləcək.

“Azəralüminium” MMC daşınma işlərini təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (050) 205-77-56 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 2019- 08-26 16:00 tarixinədək qəbul olunur.

Digər xəbərlər