“Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına Mosa markalı qaynaq aqreqatlarının təmiri işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Hinal Group” MMC olub.
Şirkətlə 247 552 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 21 ədəd Mosa markalı qaynaq aqreqatlarının təmiri işləri satın alınacaq.