Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeron rayonu ərazisində müxtəlif obyektlərinin tikintisi üzrə tenderlər elan edir.
Eləcə də bax: Böyük məktəb tikiləcək - TENDER ELANI
FED.az xəbər verir ki, fond Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində müxtəlif tikinti işləri üzrə tenderlər elan edir. Elan edilən tenderlər musiqi məktəbinin, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi işləri üçün nəzərdə tutulub.
Tender haqqında ətraflı məlumat əldə etmək üçün dövlət satınalmaları saytına daxil ola bilərsiniz.
Əlaqələndirici şəxs: Aygün Hüseynova +994124318703
Təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D