Abşeron rayonu ərazisindəki yeni yaşayış məhəlləsində böyük məktəb tikiləcək.
Eləcə də bax: Bakıda böyük - YAŞAYIŞ KOMPLEKSİ TİKİLİR
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1512 şagird yerlik məktəbin tikintisi üçün tender elan edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 57D
Əlaqələndirici şəxs : Aygün Hüseynova telefon : 994 12 431 87 03
İştirak haqqı: Lot 1 :700 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 120 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Podratçının müəyyən etdiyi digər sənədlər.
- -Tender iştirakçının (iddiaçıların) son 3 (üç) ildə yerinə yetirdikləri analoji işlərinin dəyəri tender predmetinin qiymətinə müvafiq olmalıdır; -İddiaçının müvafiq layihələndirmə işlərinin görülməsinə olan xüsusi icazə (lisenziya)sənədinin surəti; -İddiaçının ixtisas gşstəriciləri haqqında məlumat. Qeyd: 1. 9-cu punkt elanımızdan çıxarilmalıdır; 2. iddiaçının mülkiyyətində olan maşın, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayış; 3. ddiaçının işçi qüvvəsi haqqında arayış və həmçinin tikinti sahələrində təhlükəsizliktexnikası qaydalarına əməl edilməsinə nəzarəti gücləndirmək məqsədi ilə obyektlərə, Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturundan sertifikat almış, texniki təhlükəsizlik sahəsi üzrə mütəxəssis təyin edilməli və bu barədə məlumat (mütəxəssisin adı və soyadı) təqdim edilməlidir; 4.5-ci punkta əlavə olaraq son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 6-ci “Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər ” maddəsinin 6.2.5-ci bəndinə əsasən).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19.02.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.03.2020 18:00 qədər Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D ünvanına təqdim etməlidirlər.
Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 04.03.2020 16:00 tarixində Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.