Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Səhiyyənin Təminat Mərkəzi” PHŞ (VÖEN: 1008078521) “Zeytun Pharmaceuticals” MMC (VÖEN: 1701688171) ilə satınalma müqaviləsi imzalayıb.
Mərkəzi Bank təşviqat işlərinə 100 min manat ayırdı – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Pnevmokok» (PCV13) vaksinin satın alınması ilə bağlı imzalanmış müqavilənin dəyəri 11 milyon 629 min manat təşkil edib.
Qeyd edək ki, dövlət qurumu bu vaksinin alınması üçün 12 milyon 880 min manat nəzərdə tutumuşdu. Şirkət isə quruma 1 milyon 251 min manat daha ucuz qiymət təklif edib.
Məlumat üçün bildirək ki, “Səhiyyənin Təminat Mərkəzi” PHŞ ötən ay da “Zeytun Pharmaceuticals” MMC ilə 1 milyon 476 min manatlıq müqvilə imzalamışdı, şirkətdən Respublika Qan Bankında müayinələr üçün lazım olan materiallar (Auto System cihazı üçün reaktiv, reagent və s.) satın alınmışdı.
Xatırladaq ki, “Zeytun Pharmaceuticals” MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satdığı üçün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən protokol tərtib edilmişdi.
İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 - 5 min manat məbləğdə cərimə edilir.















