İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda video qrafika, video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, konfrans otaqları üçün arxa panonun hazırlanması və quraşdırılması, xüsusi teksturalı blankların dizaynı və hazırlanması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1300204521
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 09.02.2024 09:10
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.03.2024 10:00
Zərflərin açılış tarixi və vaxtı: 01.03.2024 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülşən Əliyeva, Böyük iqtisadçı
Email : [email protected]