Naxçıvan Şəhər Rabitə İdarəsi “Passiv optik şəbəkə avadanlıqlarının satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “TMM Telekom” MMC olub.
Şirkətlə 2 786 902 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “TMM Telekom” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Asif Əliyev Aydın oğludur. Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Fətəlixan Xoyski Pr., Ev 108b ünvanında yerləşir.