Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300050781
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80
Müsabiqənin başlama tarixi və vaxtı: 03.07.2023 17:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 24.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 02.08.2023 15:00
Çatdırılma yeri - Bakı şəhəri
Çatdırılma müddəti - 36 ay müddətinə
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə təsdiqedici sənəd
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Sahibkarlıq subyektinin bölgüsü
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə təsdiqedici sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə təsdiqedici sənəd
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Zahir Əliyev, Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 434 52 59
Yekun məbləğ təklif edilərkən 36 ay nəzərə alınmalıdır.
Sahə: 1200 m2