Milli Hematologiya Və Transfuziologiya Mərkəzi xüsusi vəsait hesabına dərman vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1405001401
Satınalan təşkilatın ünvanı:
\Müsabiqənin başlama tarixi və vaxtı: 12.06.2023 19:58
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 06.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.07.2023 20:00
Zərflərin açılış tarixi və vaxtı:17.07.2023 10:00
dərman preparatları təhvil verildikdən sonra təsdiqedici ödəniş sənədləri əsasında
Çatdırılma yeri - Mirəli Qaşqay, 145
Çatdırılma müddəti - ilin sonunadək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
• Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisinin bəyannaməsi (2022-ci ilin yekunlarına dair)
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
• Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
• İddiaçının Nizamnaməsi
• Qeydiyyatdan keçdiyi ölkə
• İddiaçının Rekvizitlər
• Sahibkarlıq subyektinin meyarını müəyyən edən sənəd;
• İddiaçının ödənişə yönəlmiş girovun olmaması barədə müvafiq sənəd
• İxtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
Məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
İxtisas göstəriciləri:
a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
b) Malgöndərinin kadr imkanları
c) Texniki imkanlara malik olması barədə (anbar sahəsi və saxlanma şəraitinə dair tələb)
d) Maliyyə imkanlarına malik olması
e) Etibarlılığının olması barədə
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kənan Hüseynov, mühasib
Email: [email protected]
Əlaqə telefonu: 0509631331