Əmanətlərin Sığortalanması Fondu kompüter və çap avadanlıqlarının alınması ilə bağlı tender sorğusu elan edib.
FED.az xəbər verir ki, sorğu fərdi kompüterlər, noutbuklar, monoblok kompüterlər və çoxfunksiyalı çap avadanlıqlarının – ümumilikdə 34 ədəd avadanlığın alınmasını nəzərdə tutur. Sorğunun ehtimal olunan qiyməti 80 725 manatdır.
Tenderdə iştirak etmək istəyənlər ehtimal olunan qiymətin 5 faizi həcmində bank qarantiyası təqdim etməlidirlər. Bundan başqa, namizədlər qurumun Bakı şəhəri, Bülbül prospekti 40 və Bakı şəhəri, Babək prospekti 16 unvanlarına, eləcə də [email protected] elektron poçtuna və (+994) 941 nömrəsinə müraciət edə bilərlər.
Təkliflər 22.12.2026-cı il, saat 12:00-dək qəbul ediləcək. Zərflərin açılış tarixi və vaxtı: 22.12.2026-cı il, saat 16:00- nəzərdə tutulub.














