Bu gün SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda SOCAR Qrupunun 2026-cı ilin ilk altı ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri, şirkətin cari ildə borc öhdəliklərinin idarə olunması istiqamətində görülən işlər müzakirə edilib.
Eyni zamanda “Azneft” İstehsalat Birliyinin cari il üzrə istehsalat fəaliyyətinin nəticələri və inkişaf perspektivləri nəzərdən keçirilib.
İclasda, həmçinin SOCAR-ın tamamlanmış və icrası davam etdirilən strateji layihələrinə və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.













