Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 20 milyard 654 milyon 403,43 min kubmetr həcmində təbii qaz ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 932 milyon 84,69 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,03 %, dəyəri isə 6,9 % çoxdur.













