“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mülkiyyətində olan əmlak kompleksinin satılması məsələsi səhmdarların müzakirəsinə çıxarılır.
“Aqrarkredit” BOKT Bakıda dəyəri 1.6 milyon manatdan çox olan əmlaklarını satışa çıxarır - SİYAHI
FED.az xəbər verir ki, “Bakı Ayaqqabı Fabriki” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının 21 dekabr 2026-cı il tarixində, saat 11:00-da keçiriləcəyini elan edib.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Bakı Ayaqqabı Fabriki” ASC-nin mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, giriş 471 ünvanında yerləşən əmlak kompleksinin satılması;
- Digər məsələlər.
Yığıncaq sözügedən əmlak kompleksinin yerləşdiyi ünvanda keçiriləcək.
Satılması nəzərdə tutulan əmlak kompleksinin sahəsi, qiyməti və satış şərtləri barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, “Bakı Ayaqqabı Fabriki” ASC-nin direktoru vəzifəsini Əlimədət İsgəndərov icra edir.













