"Azər-Türk Bank" ASC-nin səhmdarlarının noyabrın 23-də, saat 12:00-da keçirilməsi planlaşdırılan növbəti ümumi yığıncağının vaxtı dekabrın 24-nə dəyişdirilib.
FED.az xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.















