Mərkəzi Bank "Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri - III rüb 2026" hesabatını dərc edib.
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
FED.az hesabata istinadən xəbər verir ki, sorğu nəticələrinə əsasən, 2026-cı ilin III rübündə bankların maliyyələşmə strukturunda fiziki şəxslərin müddətli depozitlərinin və hüquqi şəxslərin depozitlərinin payı artmışdır.
Bankların cavablarına əsasən, banklararası bazar vasitəsilə maliyyələşmədə isə azalma müşahidə olunmuşdur. Banklar proqnozlaşdırırlar ki, növbəti rübdə maliyyələşmə strukturunda əsas artım daha dayanıqlı maliyyələşmə mənbəyi hesab olunan FŞ-lərin müddətli depozitləri hesabına baş verəcək. Bununla yanaşı, banklar hüquqi şəxslərin tələbli depozitlərində azalma, lakin banklararası bazar vasitəsilə cəlb olunan vəsaitlərdə artım olacağını gözləyirlər.
Bankların sorğudakı cavablarına əsasən, 2026-cı ilin III rübündə bankların maliyyələşmə dəyərinə təsir edən əsas faktorlar faiz dərəcəsi, requlyativ çərçivədə dəyişikliklər, həmçinin likvidlik mövqeyi və banklararası rəqabət olmuşdur. Lakin ilin əvvəlindən qeyd olunan faktorların təsir miqyasının daralması bankların requlyativ çərçivədə likvidlik tələblərinə uyğunlaşması, həmçinin likvidlik mövqelərinin daha da güclənməsi və faktiki depozit faizlərinin əmanətçilər üçün cəlbedici olması kimi amillərlə izah edilə bilər.















