Azərbaycanda müxtəlif pozuntulara görə cərimələrin həcmi artırılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2027-ci ildə Azərbaycanda müxtəlif dövlət oranlarının cərimə və inzibati sanksiyalar şəklində əhali və bizens sektorundan topladığı cərimələrin məbləği 39 milyon manat artaraq 612 milyon manata yüksəlib.
2027-ci ilin dövlət büdcəsinə əsasən gələn il maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən hissəsindən daxilolmalar 613 milyon manat nəzərdə tutulub.
Bunun 297 milyon manatı vergi cərimələri, daha dəqiqi - vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən hissəsindən daxilolmalardır.
2027-ci ildə nəzərdə tutulan cəorimə məbləğləri 2026-cı ildə müqayisədə bir qədər də artıqdır. Belə ki, 2026 ildə ümumi cərimələr 574 milyon, bunun içərisində olan vergi cərimələri 262 milyon manat nəzərdə tutulmuşdu. Yəni 2027-də ümumi cərimələr üzrə plan 39 milyon, vergi cərimələri üzrə plan isə 35 milyon manat artıb.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, büdcə layihələrində nəzərdə tutulan cərimələri toplamaq asan deyil. Məsələn, builki cərimə planı hələ dolmayıb. 2026-cı ilin büdcəsindlə 574 milyon manat ümumi cərimələr nəzərdə tutulmuşdu. Amma 9 ayda bu planın heç yarısını da toplamaq mümkün olmayıb –cəmi 279 milyon manat cərimə yığılıb.
O cümlədən vergi cərimələri planı 262 milyon nəzərdə tutulsa da ilk 9 ayda cəmi 35 milyon manat toplamaq mümkün olub. İcra faizi cəmi 13% olub.













