“Kontakt” baş ofisində 12 yaşlı Əli Fətəliyevin rəsmlərindən ibarət sərgi təşkil edib.
FED.az xəbər verir ki, sərgidə Əlinin illər ərzində çəkdiyi mağaza, telefon və reklam afişası rəsmləri nümayiş olunub. Bütün rəsmlər satılıb, satışdan əldə olunan vəsait Əlinin ailəsinə təqdim edilib. Görüşdə ona iPad və Apple Pencil də hədiyyə olunub. Əlinin rəsmləri bir neçə gün əvvəl anasının sosial şəbəkədə paylaşdığı videodan sonra diqqət çəkib: https://www.instagram.com/reel/DgDCMwUN7SH/
Anası deyir ki, ailə alış-verişə çıxanda Əli “Kontakt”a da baş çəkmək istəyir. Mağazada məhsullara diqqətlə baxır, evə qayıdanda isə yadında qalanları çəkir. Rəsmlərində mağazanın üzərindəki *6060 nömrəsindən tutmuş telefonların kameralarına qədər xırda detalları görmək olur. Əlinin anası paylaşımında deyib: “Bəziləri düşünə bilər ki, yəqin biz onu bu istiqamətə yönləndiririk. Amma Əlini tanıyanlar yaxşı bilir ki, Əli kimi özəl uşaqları heç nəyə vadar etmək mümkün deyil. O, yalnız ürəyindən gələnləri, sevdiklərini çəkir”.
İzləyicilər videonun şərhlərində “Kontakt”ı işarələyərək komandanın diqqətini Əlinin rəsmlərinə çəkiblər. Paylaşımı görən “Kontakt” komandası Əlini və ailəsini baş ofisə dəvət edib. Sərgidə “Kontakt”ın baş direktoru Həsən İsrafilzadə Əliyə təşəkkür edib: “Kontakt həmişə işləyir, çox iş görürük. Hərdən nəsə yaxşı olur, hərdən nəsə pis. Amma bugünkü qədər bizi sevindirən az şey olub. Sən bizə bu qədər sevgi ilə yanaşırsan, çox sağ ol”. Daha sonra tədbir barədə Əlinin öz səhifəsində də paylaşım edilib: https://www.instagram.com/reel/DgKydu7Nuzp/
Əlinin hekayəsi göstərib ki, insan sevdiyi yeri bəzən çəkdiyi bir rəsmlə, heç kimin fikir vermədiyi xırda bir detalla da anlatmağı bacarır. “Kontakt” üçün bu günün ən böyük sevinci isə Əlinin illər boyu rəsmlərində göstərdiyi sevgiyə onu öz sərgisində qarşılamaqla cavab vermək olub.





![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/2585886.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/519431.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/3643831.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/1584032.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/488012.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/1881134.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/1133993.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/2224560.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/2491623.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/2585682.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/1222266.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/1655955.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/1558858.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/4331074.jpeg)
![“Kontakt” Əlinin sevgisinə - [red]SƏS VERDİ[/red] | FED.az](/upload/news/small/2308759.jpeg)








