Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi (VÖEN – 1401033061) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xocavənd rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Hadrut qəsəbəsində 4 çıxışlı inzibati binasının tikintisidir. Ehtimal olunan qiymət 3 886 140 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 17 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Süleymanzadə Səxavət - Müqavilə və satınalmalar sektorunun müdiri
[email protected]
+994 12 512 30 20
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 17 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 69 ünvanına təqdim edə bilərlər.












