Bakı Şəhər Gənclər və İdman İdarəsi dövlət əmlakının icarəsi üçün müqavilə imzalayıb
Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinin imzalanması üzrə satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" PHŞ olub. Müqavilənin dəyəri 532 manat təşkil edir. Satınalma "Birbaşa" metodla baş tutub.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti bundan əvvəl "Mingəçevir Turizm Kolleci" PHŞ ilə icarə xidməti üzrə 5 939 manat dəyərində müqavilə imzalamışdı.











