“Səhiyyənin Təminat Mərkəzi” PHŞ (VÖEN: 1008078521) Respublika Qan Bankı üçün ümumi təyinatlı və eritrosit kütləli qan torbalarının satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
"Zeytun Pharmaceuticals" dərmanları qiymətindən baha satırmış - CƏRİMƏLƏNDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi “Zeytun Pharmaceuticals” MMC (VÖEN: 1701688171) olub. Tərəflər arasında 1 milyon 476min 332 manat təşkil edib.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə VÖEN alıb. Qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan şirkətin nizamnamə kapitalı 4 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev.21C ünvanında yerləşir.
Məlumat üçün bildirək ki, “Zeytun Pharmaceuticals” MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satdığı üçün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən protokol tərtib edilmişdi.
İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 - 5 min manat məbləğdə cərimə edilir.















