Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Dövlət qurumları avtomobilləri kimdən alırlar? – TENDERLƏR, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, tender avtomobillərin satınalınması üzrə elan edilmişdi. Tenderin qalibi “Prolink Caspian” MMC (VÖEN: 1700545511) olub.
Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 216 000 manat təşkil edir. Tender çərçivəsində 2 ədəd pikap tipli avtomobil və 1 ədəd yük maşını satın alınacaq.
Qeyd edək ki, “Prolink Caspian” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Vüqar Dəmirov Balakişi oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 48, mənzil 8-dir.