Azərbaycanda dövlət satınalmalarının bir hissəsiin də avtomobillər tutur.
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, 2025-ci ilin əvvəlindən bu günə qədər avtomobillərin satın alınması üzrə ümumilikdə 36 tender keçirilib və onların dəyəri 17 milyon manatı keçib. Bu tenderlər çərçivəsində dövlət qurumlarına cəmi 206 ədəd avtomobil təhvil verilib.
Bu ilin nəticələrinə görə, ən çox tender udan şirkət “Azərmaş Park” MMC (VÖEN: 1404629451) olub. Şirkət 9 tenderin qalibi olub və ümumi məbləği 1 523 650 AZN dəyərində müqavilələr imzalayıb.
«Azərmaş Park» MMC Azərbaycanın digər ölkələrlə birgə avtomobil istehsalını təşkil edir. Məsələn, Neftçala Sənaye Məhəlləsində İranla birlikdə «Xəzər» avtomobilləri, eləcə də Hacıqabul sənaye məhəlləsində Rusiya ilə «Qazel» avtomobillərinin və Özbəkistanla «Chemlolet» maşınlarının istehsalı ilə «Azərmaş Park» MMC məşğuldur.
Qeyd edək ki, “Azərmaş Park” MMC şirkəti 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Hüseynov Adil oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, M8 ünvanında yerləşir.
Siyahıda ikinci yeri dörd şirkət bölüşür, hər biri 4 tenderdə qalib gəlib. “Auto Azərbaycan” MMC-nin (VÖEN: 1500040601) qazandığı tenderlərin ümumi dəyəri 2 862 085 AZN-dir, “Yenimotor” MMC (VÖEN: 1400531391) isə 1 482 900 AZN-lik sifarişlər alıb.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC – Azərbaycanda «Hyundai» və «Mersedes» avtomobillərinin satışı ilə məşğuldur. Şirkət 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 milyon 352 min AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 118 ünvanında yerləşir.
Qeyd edək ki, “Yenimotor” MMC şirkəti Azərbayanda «Honda», «Mitsubişi» və «Subaru» maşınlarının satışı ilə məşğuldur. Şirkət 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Nəsirov Fikrət oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında yerləşir.
Azərbaycanda dövlət qurumlarının tenderlərində «Toyota» maşınları da çox alınır. Bu işlə «Toyota»nın yerli distribütorları məşğul olur. Belə ki, “Toyota Abşeron Center” MMC (VÖEN: 3101648411) ümumi məbləği 710 400 AZN, “Toyota”-Bakı Mərkəzi MMC (VÖEN: 2000568681) isə məbləği 683 400 AZN dəyərində 4 tenderin qalibi seçilib.
Qeyd edək ki, “Toyota Abşeron Center” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur. Hüquqi ünvanı, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 6-cı km ünvanında yerləşir.
Qeyd edək ki, “Toyota”-Bakı Mərkəzi MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Pərviz Qafarli Mahmud oğludur. Hüquqi ünvanı, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 26 ünvanında yerləşir.
Bundan başqa, “Prolink Caspian” MMC (VÖEN: 1700545511) 2 tenderlə 595 724 AZN, “Lexus-Bakı” MMC isə 2 tenderlə 566 100 AZN məbləğində müqavilələr əldə edib.
Qeyd edək ki, “Prolink Caspian” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüqar Dəmirov Balakişi oğludur. Hüquqi ünvanı, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 48, mənzil 8 ünvanında yerləşir.
Daha detallı məlumat cədvəldə:
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı |
Məbləğ |
Avtomobil sayı (ədəd) |
1 |
Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi |
Yük avtomobillərinin satınalınması |
“Azərmaş Park” MMC |
117.000 AZN |
1 |
2 |
Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi |
Xidməti minik avtomobillərinin satınalınması |
“Azərmaş Park” MMC |
315.000 AZN |
15 |
3 |
"Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu |
Xidməti minik avtomobillərinin satın alınması |
“Azərmaş Park” MMC |
136.000 AZN |
5 |
4 |
"Respublika Sanitariya-Karantin Mərkəzi" PHŞ |
“Respublika Sənitariya - Karantin Mərkəzi” PHŞ xidməti avtomobilərin satınalınması |
“Azərmaş Park” MMC |
52.000 AZN |
2 |
5 |
"Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ |
Avtomobil nəqliyyat vasitələrinin satın alınması |
“Azərmaş Park” MMC |
205.000 AZN |
10 |
6 |
"Respublika Sanitariya-Karantin Mərkəzi" PHŞ |
“Respublika Sənitariya - Karantin Mərkəzi” PHŞ xidməti avtomobilin satınalınması |
“Azərmaş Park” MMC |
31.450 AZN |
1 |
7 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi |
5 ədəd yük avtomobili və 5 ədəd sərnişin avtobusu nəqliyyat vasitələrinin satın alınması |
“Azərmaş Park” MMC |
466.000 AZN |
10 |
8 |
"Azərbaycan Metrologiya İnstitutu" PHŞ |
"Azərbaycan Metrologiya İnstitutu" PHŞ üçün "Nəqliyyat vasitələrinin alınması" satınalınması |
“Azərmaş Park” MMC |
83.200 AZN |
4 |
9 |
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu |
Nəqliyyat vasitələrinin satın alınması |
“Azərmaş Park” MMC |
118.000 AZN |
5 |
Cəmi: 1.523.650 AZN |
|||||
|
|||||
1 |
"Regional Su Meliorasiya Xidməti" PHŞ |
Xidməti minik avtomobillərinin satın alınması |
"Auto Azərbaycan" MMC |
792.050,08 AZN |
14 |
2 |
"Təhsilin İnkişafı Fondu" PHŞ |
“Məktəbəqədər və ümumi təhsil sistemi üçün avtomobillər”in satın alınması |
"Auto Azərbaycan" MMC |
880.000,07 AZN |
15 |
3 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ |
Avto nəqliyyat vasitələri |
"Auto Azərbaycan" MMC |
193.775 AZN |
5 |
4 |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti |
Nəqliyyat vasitələrinin satın alınması |
"Auto Azərbaycan" MMC |
996.260 AZN |
11 |
Cəmi: 2.862.085,15 AZN |
|||||
|
|||||
1 |
"Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu |
"PİCKUP" model xidməti minik avtomobilinin satın alınması |
"Yenimotor" MMC |
63.200 AZN |
1 |
2 |
"Regional Su Meliorasiya Xidməti" PHŞ |
Sərnişin yük avtomobillərinin satın alınması |
"Yenimotor" MMC |
994.500 AZN |
15 |
3 |
S.Ə.Dadaşov Adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu |
Nəqliyyat vasitələrinin satınalınması |
"Yenimotor" MMC |
316.700 AZN |
5 |
4 |
Naxçıvan MR Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
"Nəqliyyat vasitəsinin satın alınması" |
"Yenimotor" MMC |
108.500 AZN |
1 |
Cəmi: 1.482.900 AZN |
|||||
|
|||||
1 |
Naxçıvan MR Nazirlər Kabineti |
Xidməti minik avtomobillərinin satın alınması |
"Toyota Abşeron Center" MMC |
202.500 AZN |
3 |
2 |
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi |
Sərnişin yük avtomobilləri”nin (Pikap) satınalınması |
"Toyota Abşeron Center" MMC |
133.600 AZN |
2 |
3 |
"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" PHŞ |
Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 2 ədəd minik avtomobil nəqliyyatı vasitəsinin satın alınması |
"Toyota Abşeron Center" MMC |
137.600 AZN |
2 |
4 |
Naxçivan MR Nazirlər Kabineti |
Xidməti minik avtomobillərinin satın alınması |
"Toyota Abşeron Center" MMC |
236.700 AZN |
3 |
Cəmi: 710.400 AZN |
|||||
|
|||||
1 |
"Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu |
Xidməti minik avtomobilinin satın alınması |
"Toyota"-Bakı Mərkəzi" MMC |
127.500 AZN |
1 |
2 |
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu |
1 ədəd Minik Avtomobilinin satınalınması |
"Toyota"-Bakı Mərkəzi" MMC |
185.300 AZN |
1 |
3 |
Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" |
1 ədəd Suv/Offroader tipli xidməti minik avtomobilinin satın alınması |
"Toyota"-Bakı Mərkəzi" MMC |
185.300 AZN |
1 |
4 |
S.Ə.Dadaşov Adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu |
S.Ə.Dadaşov adına Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu üçün xidməti nəqliyyat vasitələrinin satınalınması |
"Toyota"-Bakı Mərkəzi" MMC |
185.300 AZN |
1 |
Cəmi: 683.400 AZN |
|||||
|
|||||
1 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi |
İstehsalat və avtomobil nəqliyyat vasitələrinin alınması |
"Prolink Caspian" MMC |
379.724 AZN |
4 |
2 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi |
Müxtəlif növ nəqliyyat vasitələri |
"Prolink Caspian" MMC |
216.000 AZN |
3 |
Cəmi: 595.724 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
Sedan tipli xidməti avtomobillərin satın alınması |
"Lexus-Bakı" MMC |
448.800 AZN |
4 |
2 |
Azərbaycan Texniki Universiteti |
Nəqliyyat vasitəsinin satınalınması |
"Lexus-Bakı" MMC |
117.300 AZN |
1 |
Cəmi: 566.100 AZN |
|||||
1 |
"Naxçıvan Yol Təchizat" MMC |
Özüboşaldan yük avtomobillərinin satınalınması |
"İmprotex Trucks And Buses" MMC |
6.952.560 AZN |
23 |
2 |
Dövlət Sərhəd Xidməti |
Hybrid mühərrikli minik avtomobilləri |
"Hermano" MMC |
803.100 AZN |
21 |
3 |
" Dövlət Ehtiyatları Agentliyi" PHŞ |
Nəqliyyat vasitələrinin satın alınması |
"Roadster" MMC |
295.000 AZN |
8 |
4 |
Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidməti |
Avtomobil nəqliyyatı vasitələrinin satın alınması |
"Azunitex" MMC |
285.520 AZN |
5 |
5 |
Səhiyyə Nazirliyi |
Cəzaçəkmə müəssisələrində məhbuslar arasında vərəm infeksiyasına qarşı müayinə üçün xüsusi təyinatlı tibbi avtomobilin satınalınması |
"Arash Medical Company" MMC |
210.000 AZN |
1 |
6 |
"Regional Su Meliorasiya Xidməti" PHŞ
|
“Minik avtomobili”nin satın alınması |
"My Auto" MMC |
169.800 AZN |
1 |
7 |
Müdafiə Sənayesi Nazirliyi
|
Nəqliyyat vasitəsinin satınalınması |
"Avtolüks Azərbaycan" MMC |
42.700 AZN |
1 |
Cəmi: 8.758.680 AZN |
|||||
YEKUN: 17.182.939,15 AZN |