Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi “Abadlıq işləri üçün lazım olan malların satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan mallara 2 ədəd ikili (balans) tərəzi, 2 ədəd 114 turbalı ikili yelləncək və 34 ədəd taxtadan park üçün skamya xüsusi kəsimli oturacaq və kürəklik daxildir.
Tenderdə iştirak üçün tələb olunan məbləğ 150 manatdır, müsabiqə noyabr ayının 21-də başlayır, tələb olunan sənədlər dekabrın 12-dək, tender təklifləri isə dekabr ayının 20-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 21-də açılacaq.
Satınalan təşkilatın ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsi 3