Gənclər və İdman Nazirliyi “Gənclər və İdman Nazirliyinin bəzi tabeli qurumları üçün avadanlıqların (havalandırma, soyutma, isitmə, nəmalma) satın alınması” tenderinin nəticələrini elan edib.
2,1 milyonluq yolların və səkilərin təmiri tenderi - BU ŞİRKƏTƏ VERİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Klimatex” MMC olub.
Şirkətlə 4 741 216 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 20 ədəd kondisioner qurğusu (Rooftop - Heat pump), 12 ədəd kondisioner qurğusu (Rooftop - Təbii qaz odluqla), 4 ədəd kondisioner qurğusu (Rooftop - Sulu isitmə ilə), 6 ədəd hovuz nəmalma qurğusu, 10 ədəd hava sorucu qurğu, 53 ədəd divar tipli yoğuşmalı su qızdırıcı qazan, 4 ədəd yer tipli su qızdırıcı qazan və 10 ədəd odluq (Oransal) satın alınacaq.