Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinin təchizatı ilə bağlı iri məbləğli tenderi yekunlaşdırıb.
Məktəblərdə internet tenderi uduldu - SİRKƏT 6,7 MİLYONLUQ SİFARİŞ ALDI
FED.az xəbər verir ki, tender çərçivəsində bağçalar üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması nəzərdə tutulub.
"Vest-Ltd" QSC tenderin qalibi olub və dövlət qurumu ilə 4 474 916 AZN dəyərində müqavilə imzalayıb.
Eyni zamanda qeyd edək ki, "Vest-LTD" QSC 2025-ci il ərzində digər iri məbləğli dövlət satınalmalarında da qalib olub. Məsələn, 30 iyul 2025-ci il tarixində yenə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən və məktəbəqədər təhsil müəssisələrinə müxtəlif digər malların satınalınmasını əhatə edən tenderin qalibi olaraq, şirkətlə 1 705 870 AZN dəyərində müqavilə bağlanmışdır.
Bundan daha əvvəl, 16 yanvar 2025-ci il tarixində isə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən elan olunan, Yasamal rayonunda – Mərkəzi parkın davamı kimi nəzərdə tutulan ərazilərin abadlaşdırılması üzrə tenderdə də “Vest-LTD” qalib seçilmişdir. Həmin tenderin dəyəri isə 37 230 106 AZN təşkil edir.
Qeyd edək ki, “Vest-Ltd” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 050 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur. Hüquqi ünvanı AZ1134, Bakı Şəhəri Binəqədi Rayonu, Cavad Xan, ev 51, m. 46 ünvanında yerləşir.
Tender çərçivəsində aşağıdakı cədvəldə qeyd olunan mallar satın alınacaq:
№ |
Başlıq |
Miqdar |
Ölçü vahidi |
1 |
Dəsmal / əl-üz üçün / |
34.194 |
ədəd |
2 |
Dəsmal / çay dəsmalı / |
15.087 |
ədəd |
3 |
Uniforma / sadə / aşpaz üçün / |
818 |
dəst |
4 |
Süfrə / yeməkxana stolu üçün / |
2.187 |
ədəd |
5 |
Yataq dəsti / uşaq üçün / balış üzü 40*50sm, döşək üzü 150*80sm, yorğan üzü150*110sm / |
21.505 |
dəst |
6 |
Döşək / pampıq / 140*57 sm |
3.761 |
ədəd |
7 |
Ədyal / qış üçün / 140x90sm |
12.631 |
ədəd |
8 |
Ədyal / yay üçün / 140x90sm |
11.104 |
ədəd |
9 |
Yorğan / sintefon / 140x90 sm |
8.239 |
ədəd |
10 |
Yastıq / sintefon / 50x40sm |
10.403 |
ədəd |
11 |
Örtük / yataq / qış üçün / 190*110sm / 2 / 3 mərtəbəli çarpayı üçün |
5.800 |
ədəd |
12 |
Örtük / yataq üçün / qış üçün / 120*80sm |
7.173 |
ədəd |
13 |
Xalat / ağ / ölçü XL |
1.118 |
ədəd |
14 |
Xalat / ağ / ölçü XXL |
1.183 |
ədəd |
15 |
Xalat / İşçilər üçün / ölçü L |
826 |
ədəd |
16 |
Xalat / İşçilər üçün / ölçü XL |
1.023 |
ədəd |
17 |
Xalat / İşçilər üçün / ölçü XXl |
1.022 |
ədəd |
18 |
Matras yaylı, ölçülər 65x140sm, qalınlığı 18sm |
1.129 |
ədəd |
19 |
Matras yaylı, ölçülər 65x150sm, qalınlığı 18sm |
276 |
ədəd |
20 |
Matras yaylı, ölçülər 70x121sm, qalınlığı 18sm |
312 |
ədəd |
21 |
Önlük |
118.525 |
ədəd |