İqtisadi Zonaların İnkişafı Agentliyi “İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı sənaye parklarında və məhəllələrində istismarda olan infrastrukturun dayanıqlı, operativ və keyfiyyətli istifadəsi məqsədilə 2024-cü il üçün mal-materialların satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Fortis İndustrial Solutions” MMC olub.
Qalib şirkətlə 2 480 036 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Fortis İndustrial Solutions” MMC 2022-ci ildə
yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni
təmsilçisi Kamal Əlibəyli Mehman oğludur. Hüquqi ünvanı AZ1025,
Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 15, Azure Biznes Mərkəzi,
11-ci mərtəbə, otaq 69 ünvanında yerləşir
Bağlanmış müqaviləyə əsasən aşağıdaki cədvəldə qeyd olunmuş mal-materiallar satın alınacaq :
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Elektrik malları |
İş həcmində göstərilib |
1 |
ədəd |
2 |
Avtomatika |
İş həcmində göstərilib |
1 |
ədəd |
3 |
Dəmir yolu istismarı üçün |
İş həcmində göstərilib |
1 |
ədəd |
4 |
Su və məişət tullantı xətləri |
İş həcmində göstərilib |
1 |
ədəd |
5 |
Qaz xətti |
İş həcmində göstərilib |
1 |
ədəd |