Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Təmizlik işləri üzrə böyük tender elan edildi - SİYAHI
FED.az xəbər verir ki, 1 milyon 648,2 min manatlıq tenderin qalibi "Ricon" MMC-dir.
Xatırladaq ki, "Ricon" MMC bundan əvvəl "Bakı Metropoliteni" QSC-nin Bakı Metropoliteninin III yeni (“Bənövşəyi”) xəttinə aid "Xocasən” elektrik deposunda platforma örtüyünün metal konstruksiyasının hazırlanıb quraşdırılması işlərinin satın alınması üzrə 258 969 manatlıq tenderi qazanıb.
Qeyd edək ki, tender çərçivəsindəki evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün tikilir.