Azərbaycan Milli Konservatoriyası PHŞ (VÖEN: 1700303251) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 5 dəst qadın və 5 dəst kişi üçün milli geyim dəstlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 6 min 366 manatdır. Bir dəst geyimin satın alınması üçün 636,6 manat vəsait ayırılıb.
Tenderdə iştirak haqqı 13 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Mehri Müslümova / Texniki-Təsərrüfat şöbəsinin müdiri /
[email protected] / +994 12 539 70 47














