Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs “Qafqaz Consulting” MMC ilə müqavilə bağlayıb.
Eləcə də bax: Azərbaycan İnvestisiya Holdinqi auditor - SEÇİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Bərdə və Quba Peşə Hazırlığı Mərkəzləri üzrə tədris materiallarının hazırlanması və maddi-texniki bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 797 645 manatdır.