Azərbaycan İnvestisiya Holdinqi 2020-2021-ci illər üçün maliyyə hesabatlarının beynəlxalq standartlarına auditi üçün açıq tender elan edib.
Eləcə də bax: "Azərsu" auditor seçir - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri fevarlın 28-i, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 9-u, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi martın 10-da, saat 17:00-da portalda açıqlanacaq.