Dövlət Məşğulluq Agentliyi "Özünüməşğulluq proqramı çərçivəsində satın alınan inventar, maşın və avadanlıqların saxlanması üçün anbar xidmətlərinin satın alınması" və "Özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərə təlimlərin keçirilməsi xidmətinin satın alınması" üçün keçirdiyi tenderlərə yekun vurub.
Rayon İcra Hakimiyyəti abadlıq və təmir işləri üzrə - Tender Elan Edir
FED.az xəbər verir ki, Özünüməşğulluq proqramı çərçivəsində satın alınan inventar, maşın və avadanlıqların saxlanması üçün anbar xidmətlərinin satın alınması tenderinin qalibi "ABŞERON EXPRESS" MMC, Özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərə təlimlərin keçirilməsi xidmətinin satın alınması tenderinin qalibi isə "GRAVITY INC." MMC olmuşdur.
Qalib şirkətlərə müvafiq olaraq 849 min və 648 min manat ödəniləcək.