Zərdab rayon İHB-nin Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2021-ci il üçün açıq tender elan edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender 2 - LOT üzrə keçirilir:
LOT - 1: Yolların əsaslı təmiri işlərinin satın alınması.
LOT - 2: Şəhərin abadlaşdırılması işlərinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vastəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT-lar üzrə müəyyən edilən məbləğdə (aşağıda göstərilən məbləğlər üzrə) iştirak haqqını “ASAN ödəniş” sistemi ilə göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vastəsilə təqdim edə bilərlər. Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Zərdab şəhəri, R.Kərimov küçəsi, 46 (Əlaqələndirici şəxs: Mustafayeva Şölə Məmməd qızından, telefon: (02029) 6-60-37) ünvanından ala bilərlər .
İştirak haqqı hər LOT üzrə - 500 (beş yüz) manat.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidilər:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/hesabı: AZ41NABZ01360100000000003944
S.W.I.F.T CTREAZ22
Adı: Zərdab şəhər İƏD-si üzrə nümayəndəliyi
Hesablaşma hesabı: AZ44CTRE00000000000002511532
VÖEN:5300012761
Büdcə təsnifat kodu 142330
Büdcə səviyyə kodu 7y
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışlar;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 2020-ci il üzrə;
- Dövlət Vergi Xidməti tərəfindən satınalma prosedurunun başlanmasından əvvəlki 5 il müddətində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərilməsi ilə əlaqədar cinayətə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar (məhkumluq barədə arayış);
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;19.06.2021-ci il tarixdən sonra alınmış bank arayışı qəbul ediləcəkdir;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Müvafiq sahə üzrə lisenziya;
- Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender ilə bağlı sualları Portal vastəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12.07.2021-ci il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22.07.2021-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 23.07.2021-ci il saat 17:00-da açılacaqdır. İddiaçılar açlışın nəticələri ilə Portal vastəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.