Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% və ya 330,1 mln. manat artaraq 4 918,8 mln. manat icra edilib.
Eləcə də bax: Dövlət büdcəsinin 6 ayda gəlir və xərcləri - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.
Malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərclər proqnoza nisbətən 5,9% və ya 306,8 mln. manat az icra edilərək illik proqnozun 47%-ni təşkil edib. (Apa)