Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “Ağcabədi regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması” (Təmizlik sahəsi 7200m2) üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə noyabr ayının 5-də başlayır, tələb olunan sənədlər noyabrın 30-dək, tender təklifləri isə dekabr ayının 8-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 9-da açılacaq.