İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi "Rentgen və digər diaqnostik vasitələrin satınalınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Supplimed” MMC olub. Şirkətlə 2 milyon 193 min 713 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl həmin Lerik Rayon Mərkəzi Xəstəxanasının 19 min 165 manat məbləğindəki “Maşın və avadanlıqların əsaslı təmirin və generatorlara texniki servisin göstərilməsi satınalınması” (12.11.2022) qazanıb.