Sosial Xidmətlər Agentliyi “Sosial Xidmətlər Agentliyinin Aparatı üçün xidməti avtomobilin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə fevral ayının 7-də başlayır.Tələb olunan sənədlər fevralın 28-dək, təkliflər isə martın 9-dək təqdim edilməlidir. Zərflər mart ayının 10-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1405196831
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2
Çatdırılma yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965
Çatdırılma müddəti: Müqavilə imzalandığı tarixdən 30.12.2023-cü il tarixə kimi
Avtomobilin tipi: Offroader Buraxılış ili: Minimum 2022 Yürüş: 0 km Mühərrikin işçi həcmi: 2400-2500 aralığında (kub sm). Mühərrikin gücü: 180-190 a.g. Yanacaq növü: Benzin Ötürücü transmissiya: Pilləsiz (CVT) transmissiya, 4X4, 4WD Yanacaq çəninin həcmi: 50-60 litr aralığında, emissiyası Euro 6 Rəngi: Qara Ölçüləri: Uzunluq x En x Hündürlük - 4700-4800mm / 1800-1900mm / 1700-1800mm aralıqlarında Avtomobilin çəkisi: 1600-1700 kq aralığında Oturacaqların sayı: 7 İnteryer: Sintetik Dəri örtüklü sürücü və ön sərnişin qızdırılan oturacaqları, Açarsız daxilolma və açarsız işəsalma, Mərkəzi kilid sistemi, Elektrik tənzimlənən, qatlanan və qızdırılan yan güzgülər Eksteryer: Arxa görüntü kamerası, Qabaq arxa park radarları Təhlükəsizlik: OFF ROAD MODE (MUD/SNOW, TARMAC və ROCK), Emergency Stop signal System (ESS), Yoxuşda dəstək sistemi (HSA), Enişə nəzarət sistemi (HDC) Zəmanət müddəti: min. 3 il və ya 100.000 km Komplektasiyaya daxil edilməli: ayaqaltılar, tibbi çanta (aptekça), yanğınsöndürmə balonu, qəza dayanma nişanı (üçbucaq formada) - 1 ədəd