Sosial Xidmətlər Agentliyi “Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillərin satışının onlayn qaydada həyata keçirilməsi məqsədilə “Mənzillərin satışı portalı”nın yaradılması və Agentlik üçün tərtib olunmuş funksional tələblər üzrə xidmətlərin elektronlaşdırılması üçün proqram təminatının satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Aistgroup” MMC olub. Şirkətlə 155 min 100 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Təhsil Tələbə Krediti Fondunun 82 min manat dəyərindəki “İP telefoniya avadanlıqlarının alınması və quraşdırılmasının satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (02.12.2022).